AzVision.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Astara rayonunun mərkəzindən 20 km aralıda yerləşən Siyatürk kəndində vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın döşəməsi 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.