“Nizami ili ədəbiyyata verilən qiymətdir” - Yazıçı Anar

 “Nizami ili ədəbiyyata verilən qiymətdir” -  Yazıçı Anar
  06 Yanvar 2021    Oxunub:2884
"Mən cənab Prezidentə təşəkkür edirəm. O, belə bir gözəl təşəbbüs irəli sürdü".

Bunu Azvision.az -a Xalq yazıçısı Anar Rzayev 2021-ci ilin "Nizami Gəncəvi ili" və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən danışarkən deyib.
"Bu ilin Nizami Gəncəviyə həsr olunması ədəbiyyata verilən qiymətdir. Dünən ölkə başçısı Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıqlar verdi. Şuşada vaxtilə bununla bağlı keçirilən tədbirlərin davamı olacaq. Gəncədə Nizamiyə həsr olmuş ədəbi gecələr təşkil ediləcək.

Şuşa həqiqətən də Azərbaycanın mədəniyyət mərkəzinə çevriləcək. Bütün bunlar bizi sevindirir. Yazıçılar birliyi olaraq biz də bu işdə fəal iştirak edəcəyik. Düzdür, pandemiya şəraitində hansısa tədbirlər keçirmək, bir yerə toplaşmaq çətindir. Amma qeyd olunan məsələlərlə bağlı işlər görəcəyik", - deyə Xalq yazıçısı bildirib.

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: Nizami-Gəncəvi   Anar   Yazıçı   Şuşa  





Xəbər lenti