16 minədək tələbənin təhsil haqqını dövlət ödəyib

   16 minədək tələbənin təhsil haqqını dövlət ödəyib
  06 Yanvar 2021    Oxunub:1697
2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 24 min 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, onlardan 15 min 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Xatırladaq ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - https://azvision.az/redirect.php?url=http://e-telebe.edu.az portalı istifadəyə verilib.

Azvision.az


Teqlər: təhsil  





Xəbər lenti