“Heç kəs məni döyməyib”
Bu sözləri movqe.az-a Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Məmmədov verib.
F. Məmmədov bildirib ki, dünən oğlu ilə yenidən görüşüb Toğrul atasına özünü yaxşı hiss etdiyini, DSX-nın Hərbi Hospitalında tibbi personalın, eləcədə həkimi Azər Qafarovun onun səhhəti ilə tez-tez maraqlanaraq qayğı göstərdiyini bildirib:
“DSX-nın Hərbi Hospitalında həkimlərin ona göstərdiyi qayğıdan razıdır. Deyir ki, ata həkimim Azər Qafarov nə lazımdırsa onu edir. Ona hospitalda göstərilən tibbi xidmətdən razıdır. Toğrul da onunla bağlı müxtəlif şayələrin yayılmasından narahatdır. Deyir ki, qolu təlim zamanı zədə alıb heç kəs onu döyməyib, vurmayıb”.
Həkim Qafarov da Toğrul Əhmədovun qolunun sındığını, bədəninin başqa heç bir yerində zədə olmadığını, adi sınıq olduğunu təsdiqləyib:
“Bu barədə DSX rəsmi məlumat yayıb. T. Əhmədov döyülməsi xəbəri yalandır. Qol güləşdirərkən zədə alıb. Səhhətində başqa heç bir problem yoxdur”.
AzVision.az