Partlayışda 4 nəfər yaralanıb - YENİ

Partlayışda 4 nəfər yaralanıb - YENİ
  13 Fevral 2014    Oxunub:1306
Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş verən partlayışla bağlı yeni məlumat yayıb. AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çökmüş və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti