"Bu, İsrailə kömək edəcək"

"Bu, İsrailə kömək edəcək"
  24 Mart 2013    Oxunub:1797
Türkiyə və İsrail arasındakı uzlaşma regionda sülhün təmin edilməsinə əlavə stimul verəcək.
Türkiyə mətbutaına əsasən, bunu ABŞ-ın dövlət katibi Con Kerri yazılı açıqlamasında bildirib.

"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və İsrailin baş naziri Binyamin Netanyahu uzlaşmanın əldə olunması üçün nümayiş etdirdikləri liderlik keyfiyyətlərinə görə, böyük bir təqdirə layiqdirlər" - deyə Kerri əlavə edib.

Dövlət katibi bildirib ki, Binyamin Netanyahu ilə danışıb və iki ölkə arasındakı uzlaşma İsrailə bölgədə qarşılaşdığı problemlərdən çıxış yolu tapmaqda kömək edəcək.

"Qarşılıqlı anlaşmanın və münasibətlərin normallaşdırılmasının tam sürətlə reallaşdırılmasını arzulayırıq və bununla da, Türkiyə və İsrail ortaq maraqların təmin edilməsi istiqamətində işləyə bilərlər" - deyə ABŞ-ın dövlət katibi bildirib.




Teqlər:





Xəbər lenti