“Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq niyyətində deyil”
Onun sözlərinə görə, buna səbəb ATƏT-in Bakı Ofisi ilə bağlı Azərbaycan tərəfinin suallarının olmasıdır: “Bizim mövqeyimiz konkret və aydındır. ATƏT-in Bakı Ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var və təşkilatın üzvü kimi, ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib. Prosedurlara əsasən, məktub bütün üzv-dövlətlər arasında yayılır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq və ya dondurmaq niyyətindədir. Belə bir təcrübə Gürcüstanda da olub. Burda qeyri-adi heç nə yoxdur, hər şey ATƏT-in prinsip və normaları çərçivəsində edilir”.
E. Abdullayev Azərbaycan tərəfinin ATƏT-in Bakı Ofisi ilə bağlı suallarının nədən ibarət olduğunu konkret açıqlamasa da, bu məsələnin ATƏT-in baş katibi Lamberto Zannyerin Azərbaycana səfər zamanı da müzakirə olunduğunu qeyd edib.
XİN sözçüsü əlavə edib ki, ATƏT Azərbaycanın müraciətinə hələlik cavab verməyib.
Teqlər: