İTV geyiminə görə aparıcını işdən çıxardı

İTV geyiminə görə aparıcını işdən çıxardı
  10 Fevral 2014    Oxunub:2703
İctimai Televiziya son günlər sosial şəbəkələrdə və xəbər portallarında müzakirə edilən "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb.
AzVision.az-ın məlumatına görə, bunu telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib.

O, bildirib ki, L.Aslanova artıq İTV-nin əməkdaşı deyil: “Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.

Qeyd edək ki, İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın geyimi sosial şəbəkələrə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Tibbi verilişin aparıcısının açıq-saçıq geyimi verilişi izləyənlərin diqqətini çəkib. Uzun fasilədən sonra yenidən efirə qayıdan verilişə aparıcı sinəsi açıq paltarda çıxıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti