Spiker Laçınla bağlı paylaşım etdi

  01 Dekabr 2020    Oxunub : 1168
Spiker Laçınla bağlı paylaşım etdi
Milli Məclisin sədri Sahibə Qafarova Laçın rayonunun işğaldan azad olunması münasibətilə “Twitter” hesabında paylaşım edib.
Azvision.az -ın məlumatına görə, parlamentin sədri paylaşımında bildirib ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır.

“Ali Baş Komandan başda olmaqla bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!”,- deyə MM sədri qeyd edib.

Azvision.az

Teqlər: Spiker   Sahibə-Qafarova