Baş Nazir komissiyanın tərkibini dəyişdi

Baş Nazir komissiyanın tərkibini dəyişdi
  30 Noyabr 2020    Oxunub:1765
Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın tərkibi 11 nəfərdən ibarətdir.

Komissiyanın sədri

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
“Regional İnkişaf” İctimai Birliyinin sədri

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Komissiya  





Xəbər lenti