Bakıda əcnəbilər dəm qazından zəhərlənib

Bakıda əcnəbilər dəm qazından zəhərlənib
  09 Fevral 2014    Oxunub:928
Bakıda yaşayan Hindistan vətəndaşları dəm qazından zəhərləniblər.

AzVision.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Anspress-ə verilən məlumata görə, Xutor qəsəbəsi Bəhlulzadə küçəsində yaşayan Hindistan vətəndaşları olan qadın və kişi gecə saatlarında dəm qazından zəhərləniblər.

35-40 yaşarında olan hindistanlılar zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirirlər.


Teqlər:





Xəbər lenti