Avtobus ağaca çırpıldı...7 yaralı - FOTO

Avtobus ağaca çırpıldı...7 yaralı - FOTO
  09 Fevral 2014    Oxunub:2719
Xaçmaz-Xudat marşrutu üzrə hərəkət edən mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər yaralanıb.

Bu gün Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Xaçmaz-Xudat marşrutu üzrə hərəkətdə olan Məmmədəli Tağıyevin idarə etdiyi 90-NC-385 dövlət nömrə nişanlı “Hundai” markalı sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxmış və ağaca çırpılıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, onlara ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsindən zərərçəkənlərin həyatları üçün təhlükə olmadığı bildirilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqaladə Hallar Nazirliyinin Şimal regional bölməsinin nümayəndələri gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qalereya




Teqlər:





Xəbər lenti