“Növbədənkənar seçki olmayacaq” - Paşinyan

 “Növbədənkənar seçki olmayacaq” -  Paşinyan
  25 Noyabr 2020    Oxunub:1476
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə daxili siyasi gərginliyin davam etdiyini deyib.
Azvision.az xəbər verir ki, Paşinyan “TASS”a müsahibəsində gərginliyə rəğmən, müxalifət tərəfindən edilən çağırışların Ermənistan cəmiyyətində geniş dəstək almadığını əlavə edib.

O, mövcud vəziyyətdən çoxlarının, hətta özünün də xoşlanmadığını, lakin başqa bir seçimin qalmadığını bildirib.

"Düzü, mən də o qədər razı deyiləm, vəziyyətdən hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirməməyə, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq. Erməni cəmiyyəti bu sənədin (10 noyabr bəyanatı -red) imzalandığı situasiyada bizim üçün daha yaxşı real alternativin olmadığı ilə razılaşır. Fikrimcə, bu, imzalanmış sənədin erməni cəmiyyətində anlayışla qarşılanmasıdır".

Rəqibləri tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi çağrışlarına gəlincə, Paşinyan, ölkənin digər vəzifələrə, ilk növbədə siyasi və iqtisadi sabitliyin və təhlükəsizliyin bərpasına yönəlməsinə ehtiyacın olduğunu vurğulayıb.

"İndi Ermənistan hökumətinin və bütün siyasi qüvvələrin əsas vəzifəsi ölkədə tam sabitliyi və təhlükəsizliyini bərpa etmək olmalıdır. Mən yalnız daxili təhlükəsizliyi deyil, həm də xarici tərəfi nəzərdə tuturam. Altı aylıq dövr üçün bir yol xəritəsi dərc etdim və yaxın altı ay ərzində vəziyyəti sabitləşdirmək üçün işləyəcəyik. Bundan sonra növbəti addımlar barədə qərar verəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti