Oğrular yaxalandı
Oğurluğu törədən Bakı şəhər sakinləri Elvin Məmmədov və İlqar Əzizov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Binəqədi rayonunda İlqami Nuriyevə və Tural Quliyevə məxsus mağazalardan ət və ətçəkən maşınlar oğurlanıb.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş paytaxt sakinləri Əsgər Mirzəquliyev və Rəşad Cəfərov yaxalanıblar.
Qəbələ rayonunda Vadim Atariyə məxsus mağazadan pul, noutbuklar, bir modem, danışıq kartları və digər əşyalar oğurlanıb.
Hadisəni törətmiş rayonun Nic qəsəbəsinin sakini Vitali Dallari rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Lənkəran şəhərində Məmməd İbadovun evindən pul və məişət əşyaları oğurlanıb.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nərimanabad qəsəbəsinin sakini Rəşad İbadov saxlanılıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Teqlər: