Suriyadan daha bir ölüm xəbəri gəldi- FOTO

Suriyadan daha bir ölüm xəbəri gəldi- FOTO
  07 Fevral 2014    Oxunub:1243
Suriyada daha bir Azərbaycan vətəndaşı öldürülüb.
AzVision.az-ın məlumatına görə. bu barədə `mücahidlərə` məxsus saytlar məlumat yayıb.

Bəşər Əsədə qarşı döyüşdə öldürülən azərbaycanlı `mücahidin` fotosu da yayılıb. Ölən şəxsin adının Rüstəm Rəhimahullah olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Sevinc Iltifatqızı


Teqlər:  





Xəbər lenti