Paytaxtda Novruz şənlikləri davam edir- FOTOLAR

Paytaxtda Novruz şənlikləri davam edir- FOTOLAR
  22 Mart 2013    Oxunub:1829
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Novruz bayramı ilə bağlı martın 20-dən “Novruz-Bahar Festivalı” davam edir.
İçəri şəhərdə möhtəşəm bayram şənliyi bu gün də davam edir. Meydan bazarında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirir, Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənir, milli musiqi səsləndirilir.

Həmçinin böyük bayram konserti də təşkil edilib.“Novruz-Bahar Festivalı” el şənliyi Qoşa Qala qapısından Qız qalasının qarşısına qədər olan ərazini əhatə edir və 4 gün davam edəcək.

Daha bir bayram tədbiri isə Qala Dövlət Tarix Memarlıq qoruğunda keçiriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti