ABŞ xəfiyyəsi Əhmədinejada atəç açıb

ABŞ xəfiyyəsi Əhmədinejada atəç açıb
  22 Mart 2013    Oxunub:1391
Ağ ev administrasiyası təşvişə düşüb
Hadisə 2006-ci ildə tam təsadüf nəticəsində baş verib. Belə ki, həmin ilin sentyabr ayında İslam ölkəsinin dövlət başçısı Mahmud Əhmədinejad Nyu-Yorkda BMT-nin Assamblyeasında iştirak etmək üçün Amerikaya gəlib.

Həmin vaxt sabiq ABŞ prezidenti Corc Buşun (oğul) kortejində olan Amerika xüsusi xidmət orqanı agenti yivsiz lüləli tüfəngini onun üçün xüsusi olaraq təyin edilmiş yerə qoyarkən silahdan qəfil atəş açılıb. Güllə Mahmud Əhmədinejada tərəf uçub. Lakin İran prezidentinin bəxti gətirib. Güllə ondan yan keçib.

Bu hadisənin təfərrüatları Mark Embinder və D.B. Qreydinin "Deep State: Inside the Government Secrecy Industry" adlı kitabında açıqlanıb. Kitab aprel ayında satışa çıxarılacaq.

Kitabın müəllifi bildirib ki, o vaxtı təsadüf nəticəsində güllə açılan zaman Mahmud Əhmədinejad "InterContinental" mehmanxanasının qarşısında öz avtomobilinə əyləşirmiş. Atəş açılanda “hər şey dayandı”: “İranlılar bizə baxdılar, biz də onlara. Agent üzr istəməyə başladı. Əhmədinejad isə sadəcə olaraq üzünü çevridi və maşına əyləşdi”.

Amerika prezident administrasiyası isə təşvişə düşmüşdü. Onlar İran prezidentinin BMT assambleyasında çıxışı zamanı baş verən hadisəni danışacağından narahat idilər. Çünki həmin vaxt İranın atom proqramına qarşı sanksiyasların tətbiq olunması müzakirə olunurdu. Lakin M. Əhmədinejad olayla bağlı heç nə deməyib. (ANS)


Teqlər:





Xəbər lenti