Qəza ölümlə nəticələndi

Qəza ölümlə nəticələndi
  07 Fevral 2014    Oxunub:1261
Tovuzda maşın yolu keçmək istəyən 70 yaşlı piyadanı vurub öldürdü.
Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AzVision.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə fevralın 6-da saat 18 radələrində rayonun Duz Cirdaxan kəndi ərazisində baş verib. Yolu keçmək istəyən Təvvəkül Qasimovu, Cəlili kənd sakini Bəhruz Həsənov idarə etdiyi "Vaz 2106" ilə vurub. Daha sonra həmin avtomobil Nemət Dəmirovun idarə etdiyi "Opel"markalı minik maşına çırpılıb.

Qəza zamanı sürücülər xəsarət almasa da, 70 yaşlı piyada Təvvəkül Qasımov Tovuz Mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti