Ucarda ağır qəza

Ucarda ağır qəza
  07 Fevral 2014    Oxunub:1124
Ucarda ağır qəza baş verib. Dörd nəfər xəstəxanada can çəkişir.
Ucar rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı 99-FV-401 dövlət nömrə nişanlı minik maşını ilə “VAZ 2104” markalı 61-VE-050 dövlət nömrə nişanlı minik maşını toqquşub. Nəticədə 4 nəfər ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti