Parlamentə Novruz xonçası göndərildi

Parlamentə Novruz xonçası göndərildi
  22 Mart 2013    Oxunub:13786
Bayram ərəfəsində Estoniya parlamenti Novruz xonçasına qonaq edilib.
Artıq 5 ildir ki, ənənəvi olaraq Novruz bayramı ərəfəsində Estoniya parlamenti Azərbaycan icması tərəfindən təşkil olunmuş Novruz xonçasına qonaq edilir.

Səməni, şəkərbura və paxlava ilə bəzədilmiş xonça Estoniya parlament üzvləri tərəfindən həmişə gözlənilən hədiyyə kimi qəbul olunur.

Bu il isə həmin hədiyyə Estoniya parlamentinin sədri Enne Erqma və müavinləri Yuri Ratas və Laine Rəndyarvenin yenidən öz vəzifələrinə təsdiq olunmaları günündə təqdim edilib. (AzerTAc)


Teqlər:





Xəbər lenti