Xəzər dondu- Fotolar

Xəzər dondu- Fotolar
  06 Fevral 2014    Oxunub:1299
Son günlər havaların şaxtalı keçməsi nəticəsində Xaçmaz rayonunun Nabran yaşayış məntəqəsi ərazisində Xəzər dənizinin suları donub.
AzVision.az SalamNews-a istinadən xəbər verir ki, ağ rəngə bürünən Xəzərin suları sahildən içəriyə doğru xeyli məsafədə donub, iri buzlaqlar əmələ gəlib. Yerli sakinlərin dediklərinə görə, dənizin bu hissəsi sonuncu dəfə 1969-cu ildə belə donub. Xəzər dənizinin üzü şimala getdikcə daha çox donduğu müşahidə edilir. Dənizdəki buz qatının qalınlığı isə təxminən 30 sm-dən 1 metrə qədər çatır. Həmçinin dənizin ortasından donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür.

Qalereya




Teqlər:  





Xəbər lenti