4 gəmiçimiz Gürcüstanda saxlanıldı
Saxlanılan Azərbaycan dənizçilərinin adları:
1. Mahir Səfərov, kapitanın baş köməkçisi
2. Bəylər Hüseynov, böyük mexanik
3. Rüfət Cəlilov, ikinci mexanik
4. Elşad Mahmudov, elektrik
GSP nümayəndəsinin sözlərinə görə, dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham edilir və Potidə saxlanılırlar.
Tanınmamış Abxaziya respublikasının dəniz gəmiçiliyinin direktoru Zaur Ardzinbanın verdiyi məlumata görə, balıq unu və piyi daşımış gəmi neytral sularda saxlanılıb və Gürcüstanın Poti limanına aparılıb
Teqlər: