Əvvəlcə piyadanı vurdu, sonra ağaca çırpıldı

Əvvəlcə piyadanı vurdu, sonra ağaca çırpıldı
  06 Fevral 2014    Oxunub:1282
Bu gün Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə saat 15:30 radələrində M.Ə.Rəsulzadə prospektində qeydə alınıb.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, Mahir Abduləzizov 90-CA-841 nömrə nişanlı, "VAZ 2107" markalı avtomobillə Şəki şəhər sakini, 50 yaşlı piyada İsmayılov Əhəd Musa oğlunu vurub. Avtomobil daha sonra yol kənarındakı ağaca çırpılıb. Qəzaya ilkin səbəb kimi sürət həddinin düzgün seçiləməməsi və yolun buzlu olması göstərilir.

Xəsarət almış piyada Əhəd İsmayılov ağır xəsarətlərlə Şəki TTTYS-na çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.


Teqlər:





Xəbər lenti