Öcalandan sülh çağırışı

Öcalandan sülh çağırışı
  21 Mart 2013    Oxunub:2212
Abdulla Öcalan kürdləri Türkiyə hakimiyyəti ilə qarşıdurmaya son qoymağa çağırıb
Türkiyədə ömürlük həbsdə olan kürd separatçılarının lideri Abdulla Öcalan bu gün rəhbərlik etdiyi Kürd Fəhlə Partiyasını (PKK) Türkiyə hakimiyyəti ilə qarşıdurmaya son qoymağa, ölkə ərazisindən silahlı dəstələri çıxarmağa, uzun sürən münaqişənin nizamlanması üzrə sülh danışıqlarına başlamağa çağırıb.

"Milyonlara müraciət edirəm, kim silahlıdırsa, Türkiyəni tərk etsin", - Öcalanın müraciətində deyilir.(trend)
Müraciət Diyarbəkir şəhərində leqal fəaliyyət göstərən kürdyönlü Sülh və Demokratiya Partiyasının nümayəndələri tərəfindən səsləndirilib.

"Bu gün proses başlayır. Biz illərlə özümüzü xalq üçün qurban vermişik. Bu gün biz deyirik - müharibəyə son... Bu gün milyonlarla insanın iştirakı ilə yeni prosesə başlayıram. Birinci planda silah yox, siyasətdir. Artıq silahların səsini kəsməyin və türk və kürd millətlərinin qanını axıtmağa son qoymağın vaxtı çatıb. Silahlarınızı toplayın və ölkə hüdudlarını tərk edin. Biz silahlı mübarizədən demokratik mübarizəyə keçirik", - Öcalanın müraciətinə qeyd olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti