Şirkətdə 30 min manatlıq yeyinti

Şirkətdə 30 min manatlıq yeyinti
  05 Fevral 2014    Oxunub:844
Şirkətin külli miqdarda vəsaitini mənimsəmiş əməkdaşının qanunsuz əməlləri ifşa edilib.
Bu barədə AzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Camal LTD”-nin satış meneceri Cavidan Nurəhmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş material araşdırılıb.

Araşdırma zamanı C.Nurəhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətə məxsus dondurma məhsullarının satışından qəbul etdiyi 25.9 min manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti