Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası

Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası
  21 Mart 2013    Oxunub:1341
Rusiyada Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi tərəfindən Novruz bayramı münasibətilə Moskvada xeyriyyə aksiyası təşkil olunub.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Rusiya Mədəniyyət Fondunun Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsi ilə birgə keçirdiyi aksiya çərçivəsində Rusiyanın aztəminatlı ailələrdən olan uşaqlara Novruz hədiyyələri təqdim edilib..

Xilaskar İsa Kafedral Kilsəsində keçirilmiş bayram tədbirində uşaqlara Novruz şirniyyatları, kitablar, müxtəlif hədiyyələr paylanıb.


Teqlər:  





Xəbər lenti