Bir ailənin 7 üzvü dəm qazından zəhərlənib

Bir ailənin 7 üzvü dəm qazından zəhərlənib
  05 Fevral 2014    Oxunub:1168
Sumqayıt şəhərində bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.
AzVision.az xəbər verir ki, Sumqayıt şəhər təcili tibbi yardım stansiyasından AzərTAc-a bildiriblər ki, hadisə fevralın 3-də saat 4:10–da baş verib. Şəhər təcili tibbi yardım stansiyasına daxil olmuş məlumatla əlaqədar 5 həkim briqadası dərhal ailənin yaşadığı ünvana gəlib. Ailənin ağır vəziyyətdə olan 5 böyük, 2 azyaşlı üzvünə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilmişlər. Hazırda zərərçəkənlərin vəziyyəti normaldır.

Faktla bağlı şəhər polis idarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti