30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verildi

  30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verildi
  29 Oktyabr 2020    Oxunub:2543
Azərbaycan 30 erməni hərbçinin meyitini və bir mülki şəxsi Ermənistana təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, bir mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib: "Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq verdi".

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti