“Mülki şəxslərə atəş açmaq hərbi cinayətdir” - İran rəsmisi

   “Mülki şəxslərə atəş açmaq hərbi cinayətdir” -    İran rəsmisi
  29 Oktyabr 2020    Oxunub:1840
Azərbaycanın Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulması və nəticədə mülki insanların həlak olması beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.
Azvision.az xəbər verir ki, bu sözləri İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Abbas Əraqçı Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Tehran bu hadisəni şiddətlə qınayır və belə hallara son qoyulmasını tələb edir. A.Əraqçı Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.

Azvision.az


Teqlər: İran   Bərdə  





Xəbər lenti