“Barselona”nın prezidenti istefa verdi

  28 Oktyabr 2020    Oxunub : 3008
“Barselona”nın prezidenti istefa verdi
İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu vəzifəsindən istefa verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Bartomeu ilə birlikdə klubun İdarə Heyətinin üzvləri də vəzifələrindən getməyə hazırlaşır.

Məlumata görə, istefaya səbəb Xosep Bartomeuya etimad göstərilməməsidir. Klubun mətbuat xidməti hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.

Azvision.az

Teqlər: Barselona