FİFA prezidenti koronavirusa yoluxdu

FİFA prezidenti koronavirusa yoluxdu
  28 Oktyabr 2020    Oxunub:3390
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino koronavirus infeksiyasına yoluxub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 50 yaşlı İnfantinoda xəstəliyin yüngül simptomları müşahidə edilir.

FİFA prezidenti hazırda özünü təcrid edib. O, minimum 10 gün karantində qalacaq.

Azvision.az


Teqlər: FİFA  





Xəbər lenti