“Böyük dəbilqə”: Daha 6 cüdoçumuz mübarizəyə başlayır

  25 Oktyabr 2020    Oxunub : 1613
   “Böyük dəbilqə”:    Daha 6 cüdoçumuz mübarizəyə başlayır
Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə başlayır.
Azvision.az xəbər verir ki, Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (100 kiloqram), Uşangi Kokauri və Camal Feyziyev (100 kiloqramdan yuxarı) bu gün medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin birinci və ikinci yarış günlərində yığma komandamızın üzvləri Rüstəm Orucov (73 kiloqram) qızıl, Orxan Səfərov (66 kiloqram) bürünc medal qazanıblar.

Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Azvision.az

Teqlər: Cüdo   Yarış