“Hər gün cəbhədən xoş xəbərlər gəlir” - Qurban Qurbanov

“Hər gün cəbhədən xoş xəbərlər gəlir” -   Qurban Qurbanov
  22 Oktyabr 2020    Oxunub:4928
"Makkabi"nin həm "Dinamo" (Brest,Belarus), həm də "Zalsburq"la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var".
Azvision.az xəbər verri ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

"Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik", - Q.Qurbanov bildirib.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah səfərdə "Makkabi"nin qonağı olacaq.

Azvision.az


Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti