Düşmənin azərbaycanlı zabitlərlə bağlı yalanı üzə çıxdı

Düşmənin azərbaycanlı zabitlərlə bağlı yalanı üzə çıxdı
  20 Oktyabr 2020    Oxunub:2590
Döyüş meydanında Azərbaycan Ordusunun ağır zərbələrinə məruz qalan Ermənistan tərəfi sosial şəbəkələr vasitəsilə virtual məkanda yalan və böhtan yaymaqla məğlubiyyətini kompensasiya etməyə çalışır.
Belə ki, sosial şəbəkələrin erməni seqmentində döyüşlərdə polkovniklər Bəxtiyar Babayev və Elşən Qarayevin öldürülməsi barədə yalan məlumatlar yayılıb.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan Ordusunun şəxsi heyətində Bəxtiyar Babayev adlı polkovnik rütbəli hərbçi yoxdur və heç vaxt olmayıb.

Ermənilərin yazdığı digər hərbçi - Elşən Qarayev isə sağdır və güc strukturlarının birində ehtiyatda olan zabiti kimi fəaliyyət göstərir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ordu   Zabit  





Xəbər lenti