AFFA aşağı liqalarla bağlı dəyişiklik etdi

AFFA aşağı liqalarla bağlı dəyişiklik etdi
  15 Oktyabr 2020    Oxunub:6278
Oktyabrın 17-dən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların başlanılması planlaşdırılır.
Azvision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, həm cəbhə xəttində baş verən hadisələr, həm də karantin qaydaları ilə əlaqədar liqaların keçirilmə günləri və yerlərində müvəqqəti dəyişikliklər edilib.

U-10, U-11, U-12, U-13, U-14 Liqaları

Bakı, Lənkəran zonası – Ölkədə tətbiq olunan karantin qaydalarına uyğun olaraq, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa ilə əlaqədar oyunlar həftəsonu deyil, həftəiçi təşkil olunacaq. Oyunlar Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman Kompleksində təşkil olunacaq. İlk turun oyunları 19-20 oktyabrda keçiriləcək. Oyunların keçirilmə günləri Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətə aiddir. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək.

Sumqayıt, Siyəzən, Cəlilabad, Ağsu, Qəbələ, Zaqatala zonalarında oyunlar öncəki illərdə olduğu kimi, şənbə və bazar günləri təşkil olunacaq. İlk oyunlar 17-18 oktyabrda keçiriləcək.

Ermənistan hərbi birləşmələrinin mülkü əhalini atəşə tutması, həmçinin cəbhədə olan gərginliklə əlaqədar Tovuz, Göygöl, Mingəçevir və Beyləqan zonalarının aid olduğu şəhər və rayonlarda gərginlik aradan qalxana qədər oyunların təşkili dayandırılır.

U-15, U-16, U-17, Gənclər Liqası (U-19)

Bu liqalarda Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətdə oyunlar həftənin cümə axşamı və cümə günləri təşkil olunacaq. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək. İlk turun oyunları 22-23 oktyabrda təşkil olunacaq.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti