“Şagirdlərin çoxu dərsə getməyib” - Təhsil Nazirliyi

“Şagirdlərin çoxu dərsə getməyib” - Təhsil Nazirliyi
  31 Yanvar 2014    Oxunub:887
"Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə davamiyyətlərin azalması müşahidə olunur".
AzVision.az-ın məlumatına görə, bunu anspress-ə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov söyləyib. O, qeyd edib ki, Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib:

"Qarla bağlı məktəblərdə problemlər var. Bu dəvamiyyətə mənfi təsir edir. Bakı şəhərində qarla əlaqədar olaraq tamailə bağlanan məktəb yoxdur. Qarşıdakı günlər qeyri-iş günləri olduğu üçün dərs keçirilməyəcək. Bu iki gündə də qar yağsa da təbii ki, qeyri-iş günü ilə əlaqədar olaraq dərs olmayacaq. Qar yağması ilə əlaqədar olaraq dərsə gedə bilməyənlər üzürlü hesdab olunacaq", - deyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.


Teqlər:  





Xəbər lenti