Ermənistanın təxribatçı hərəkətləri münaqişəni alovlandırır

  30 Sentyabr 2020    Oxunub : 1788
Ermənistanın təxribatçı hərəkətləri münaqişəni alovlandırır
“The Greater Middle East” nəşri Azərbaycan-Ermənistan cəbhəsində davam edən qarşıdurma ilə bağlı məqalə nəşr edib.
Azvision.az xəbər verir ki, məqalədə Ermənistanın təxribatçı hərəkətlərinin münaqişəni alovlandırdığı qeyd edilib.

"Ermənistanın xarici işlər naziri danışıqların bütün mahiyyətini mübahisələndirərək, 2020-ci ilin aprelində danışıqlar masasında sənəd olmadığını bildirdi. Bu açıqlama daha əvvəl mövcud sabit danışıqlar formatı ilə bağlı dəstəyini ifadə edən və gündəmdəki sənədlər layihəsinin Təhlükəsizlik Şurasının (Birləşmiş Millətlər Təşkilatı) qətnamələrinin həyata keçirilməsində çox vacib bir addım kimi xarakterizə edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova cavab olaraq edildi.

Danışıqlar prosesinin dalana dirənməsi Prezident İlham Əliyev tərəfindən 6 iyul 2020-ci il tarixində elan edildi, Prezident beynəlxalq vasitəçiləri tənqid etdi.

Bu fonda Minsk Qrupunun münaqişəyə yanaşması Azərbaycanda həm hökumət, həm də geniş ictimaiyyət tərəfindən geniş tənqid olunmağa başladı. Xüsusilə, Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin “paytaxtın” tarixi Azərbaycan şəhəri Şuşaya köçürülməsi planının daxil olduğu ermənilərin təxribatçı hərəkətləri, Livan ermənilərinin işğal olunmuş ərazilərdə məskunlaşması və erməni işğalı altındakı ərazilərdə məscidlər daxil olmaqla tarixi və dini abidələrin məhv edilməsi azərbaycanlıları hiddətləndirdi.

Son otuz ildə aparılan danışıqların uğursuzluğunun münaqişənin daha da şiddətlənməsinə gətirəcəyi barədə çoxdan xəbərdar edilmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: PrezidentİlhamƏliyev