Ermənistanda kişilərin ölkədən çıxışına qadağa qoyuldu

  28 Sentyabr 2020    Oxunub : 1900
Ermənistanda kişilərin ölkədən çıxışına qadağa qoyuldu
Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər. Əks halda ölkədən çıxmağa icazə verilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Mülki Aviasiya Komitəsindən məlumat verilib.

“Ermənistan hökuməti tərəfindən 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan olunub. 18-55 yaş arasındakı kişilərin ölkədən çıxmasına yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə razılıq verilir”, - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Ermənistan