“Ermənilər saxta məlumatlar yayır” - Prezidentin köməkçisi

  28 Sentyabr 2020    Oxunub : 2043
  “Ermənilər saxta məlumatlar yayır” -   Prezidentin köməkçisi
Ermənistan tərəfindən saxta məlumatlar hazırlanıb sosial şəbəkələrdə yayılır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: “Ermənilər guya azərbaycanlı general Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymışdı. Bütün bunlar daxildə yaranmış xaosu azaltmaq məqsədi daşıyır. Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur”.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev