Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxdu

  26 Sentyabr 2020    Oxunub : 1778
 Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxdu
Gürcüstanda son sutka ərzində daha 296 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 4960-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1819 pasiyent sağalıb, 27 nəfər dünyasını dəyişib. Hazırda karantində 5584, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   Koronavirus