Axtarışda olanların sayı açıqlandı

  26 Sentyabr 2020    Oxunub : 3727
Axtarışda olanların sayı açıqlandı
2020-ci ilin birinci yarısında axtarışda olan və təqsirləndirilən şəxslərin sayı 3357 nəfər olub. Onlardan 1857 nəfəri ilin birinci yarısında müəyyən edilib.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin 6 ayında axtarışda 1500 nəfər qalıb.

Axtarışda olan və təqsirləndirilən şəxslərdən 135 nəfəri cəza çəkməkdən boyun qaçıranlar (onlardan 109 nəfəri müəyyən edilib), 3208 nəfəri istintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar (onlardan 1748 nəfəri müəyyən edilib) olub. Axtarışda olan təqsirləndirilən şəxslərdən 14-17 yaşda olanların sayı 21 nəfər olub.

Ümumilikdə isə dövlət hakimiyyəti əleyhinə cinayətə görə 68 nəfər, banditizmə görə 40 nəfər, qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə 101 nəfər, zorlama və zorlamaya cəhdə görə 8 nəfər, oğurluğa görə 576 nəfər, dələduzluğa görə 556 nəfər, mənimsəmə və israf etməyə görə 72 nəfər, soyğunçuluğa görə 50 nəfər, quldurluğa görə 43 nəfər, xuliqanlığa görə 158 nəfər axtarışda olub.

Aliment öhdəlikləri üzrə borclu və cavabdeh olan 6355 nəfər dövlət orqanlarından gizlənib. Onlardan 2493 nəfəri müəyyən edilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Axtarış   İtkin   Statistika