“Qalatasaray”ın yetirməsi “Neftçi”də çıxış edəcək

  19 Sentyabr 2020    Oxunub : 3192
“Qalatasaray”ın yetirməsi “Neftçi”də çıxış edəcək
Türkiyənin “Başakşəhər” futbol klubu Azərbaycanın U-21 millisində çıxış edən Mert Çelikin müqaviləsini 2025-ci ilin iyunun 30-dək uzadıb.
Azvision.az xəbər verir ki, müqavilə imzalandıqdan sonra İstanbul təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisini Bakının “Neftçi” klubuna icarəyə verib. Gənc futbolçu 2 mövsüm “ağ-qaralar”da çıxış edəcək.

Futbolçu ötən mövsümü “Kırşehirspor”da keçirmişdi. O, 2013-cü ildə “Qalatasaray”ın akademiyasından “Başakşəhər”in aşağı yaş qruplarına qatılıb.

Azvision.az

Teqlər: Qalatasaray   Neftçi   Klub   Futbol