Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi

  18 Sentyabr 2020    Oxunub : 9038
 Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
Azərbaycanın “Eurovision-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Azvision.az

Teqlər: Eurovision-2021   Mahnı   Müsabiqə