Səhiyyə Nazirliyindən baş həkimlə bağlı AÇIQLAMA

  28 Yanvar 2014    Oxunub : 558
Səhiyyə Nazirliyindən baş həkimlə bağlı AÇIQLAMA
Bakıda baş həkimin şəxsi avtomobilini tibb işçilərinə yuduzdurması geniş rezonans doğurub. Mətbuatın gündəmə gətirdiyi məsələyə Səhiyyə Nazirliyi əl qoyub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli münasibət bildirib. Nazirlik rəsmisi AzVision.az-a açıqlamasında bildirib ki, Bakı Baş Səhiyyə İdarəsi tərəfindən məsələ araşdırılır və lazımı tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan foto mətbuatın diqqətindən yayınmayıb. Araşdırma zamanı məlum olub ki, fotodakı avtomobil Xətai rayonunda yerləşən 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadəyə məxsusdur. Fotodan da göründüyü kimi baş həkim öz avtomobilini tibb işçilərinə yuduzdurur.

Nihadə Eyyubova

Teqlər: