Bu günün havası- qar yağacaq

Bu günün havası- qar yağacaq
  28 Yanvar 2014    Oxunub:1018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər saatlarında dumanlı, çiskinli, gün ərzində isə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-8, bəzi yerlərdə 10-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

Bildirilib ki, yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, temperaturun gün-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.



Teqlər:  





Xəbər lenti