Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  27 Yanvar 2014    Oxunub:1092
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 1-3° isti, gündüz 6-9° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Dağlarda temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti