Azərbaycan Rusiya ilə məsləhətləşdi

Azərbaycan Rusiya ilə məsləhətləşdi
  18 Mart 2013    Oxunub:1283
Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib
Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə Xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzərdə əməkdaşlıq, o cümlədən təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məqamlar müzakirə edilib.

Eyni zamanda mövqelərin yaxınlaşdırılması üçün məsələlər araşdırılıb, aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanmış və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.


Teqlər:





Xəbər lenti