Kamala Harris vitse-prezident postuna namizəd oldu

Kamala Harris vitse-prezident postuna namizəd oldu
  20 Avqust 2020    Oxunub:2177
Demokrat Partiyası Kamala Harrisin ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini rəsmi olaraq təsdiqləyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun namizədliyi partiyanın Miluokidə keçirilən ümummilli qurultayında elan edilib.

55 yaşlı Harris bu yüksək vəzifəyə namizəd olan afroamerikalı ilk qadındır.

Xanım Harris çıxışı zamanı amerikalıları Co Baydeni prezident seçməyə çağırıb, ABŞ Prezidenti Donald Trampı uğursuzluqda günahlandırıb.

ABŞ vitse-prezidentliyinə namizəd milyonlarla qadın, gənc amerikalı və seçiciyə müraciət edib.

“Hal-hazırda faciələrimizi siyasi silahlara çevirən bir prezidentimiz var. Co problemləri hədəfə çevirən prezident olacaq", - deyə Harris Baydenin doğma şəhəri Uilminqtonda çıxışı zamanı bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti