2795 namizəd müəllim olmaq üçün imtahan verəcək

2795 namizəd müəllim olmaq üçün imtahan verəcək
  19 Avqust 2020    Oxunub:1954
Avqustun 19-da Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.
Təhsil Nazirliyindənb Azvision.az -a bildirilib ki, imtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub.

İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir.

Azvision.az



Teqlər: İmtahan   Müəllim  





Xəbər lenti