Misir Mərdanov TQDK-nın cavabını verdi

Misir Mərdanov TQDK-nın cavabını verdi
  18 Mart 2013    Oxunub:1130
Nazirliyin yekun rəyi bu gün TQDK-ya göndərilib.
Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən monitorinqi aparılan və bu qurumun III siniflər üçün Ekspert Şurasının "Azərbaycan dili", "Riyaziyyat" və “Həyat bilgisi” dərsliklərinə dair yekun rəyinə rəsmi cavab göndərib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, nazirliyin yekun rəyi bu gün TQDK-ya göndərilib.

Təhsil Nazirliyinin 154 səhifədən ibarət cavabına əsasən, 14 dərsliyə rəy verilib. Cavablar 2 sütunda qeyd olunub. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə TQDK-nın apardığı monitorinqlər nəticəsində 3-cü sinif üzrə “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb. Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib.(apa)


Teqlər:  





Xəbər lenti